...

Azərbaycan 2030-cu ilədək ən sürətlə inkişaf edən ölkə ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 13:49 (UTC +04:00)
Azərbaycan 2030-cu ilədək ən sürətlə inkişaf edən ölkə ola bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Azərbaycan 2030-cu ilədək ən sürətlə inkişaf edən ölkə ola bilər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan 2030-cu ilədək ən sürətlə inkişaf edən ölkə ola bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı "Azərbaycanda orta sinif: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

"Azərbaycanda əhalinin gəlirlərinin cədvəli yaradılıb və inkişafdadır. Bu, kasıb təbəqələrin orta sinfə daxil oduğu prosesdir. Hazırda orta sinfin genişləndirilməsi üçün əhali gəlirlərinin artm tempini saxlamaq lazımdır", - Qasımlı qeyd edib.

Araşdırmalar göstərir ki, adambaşına 5-10 min dollar gəlir düşdüyü zaman ölkə iqtisadiyyatının sürətli inkişaf fazası başlayır.

"Bugünkü tendensiyalar nəzərə alınmaqla 2030-cu ilədək Azərbaycan ən sürətlə inkişaf edən ölkələrin siyahısına başçılıq edə bilər", - Qasımlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti