...

“AtaBank” ASC Qurban bayramında kimsəsiz uşaqları sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 12:11 (UTC +04:00)
"AtaBank" ASC Korporativ Sosial tədbirlər sahəsində növbəti xeyriyyə aksiyasını keçirdi.
“AtaBank” ASC Qurban bayramında kimsəsiz uşaqları sevindirdi (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"AtaBank" ASC Korporativ Sosial tədbirlər sahəsində növbəti xeyriyyə aksiyasını keçirdi. 26 oktyabr 2012-ci il tarixində "Xəmsə" şadlıq sarayında bankın dəstəyilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Qurban bayramı münasibətilə bayram tədbiri təşkil edilib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Tədbirdə valideyn himayəsindən məhrum olan 200-yə yaxın kimsəsiz və xəstə uşaq iştirak edib.

"AtaBank" ASC İdarə Heyəti sədrinin birinci müavini Müseyib Əliyev tədbir ilə bağlı bildirib: "Ölkə başçısının diqqət yetirdiyi ən əsas sahələrdən biri də sosial istiqamətdir. Xüsusən də əhalinin az təminatlı qrupuna, eyni zamanda kimsəsiz və ehtiyacı olan şəxslərə daha ciddi dövlət qayğısı göstərilir. Hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı daha diqqətli olmalı, bu kimi sosial sahələrə dəstək göstərməlidir. Eyni zamanda qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafı yaddan çıxmamalıdır. "AtaBank" ASC-də mütəmadi şəkildə bu istiqamətlərdə tədbirlər həyata keçirir, sosial sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Xüsusilə, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları daim diqqət mərkəzində saxlayırıq. Elə bugünkü Qurban bayramı münasibətilə keçirilən tədbirin məqsədi uşaqları müqəddəs Qurban bayramı münasibətilə təbrik etmək və onların mənalı istirahətini təşkil etməkdir".

Şən klounların keçirdiyi viktorinalar, oyunlar hər bir uşağın ürəyincə oldu. Şən musiqi sədaları altında uşaqlar rəqs etdilər. Tədbirin sonunda uşaqlara hədiyyələr verilib.

Xatırladaq ki, "AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir və hazırda Azərbaycanın ən böyük kommersiya təşkilatlarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən "AtaBank" yüksək texnologiyalı universal bank sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti