...

“DəmirBank” təkrar müştərilərə güzəştli istehlak kreditləri təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 12:15 (UTC +04:00)
"DəmirBank" təkrar kredit müştərilərinə güzəştli istehlak kreditləri təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın şərşənbə günü yaydığı məlumatda deyilir.
“DəmirBank” təkrar müştərilərə güzəştli istehlak kreditləri təqdim edir

Azərbaycan, Bakı, 31 oktyabr / Trend/

"DəmirBank" təkrar kredit müştərilərinə güzəştli istehlak kreditləri təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın şərşənbə günü yaydığı məlumatda deyilir.

Təkrar müştəri qismində "DəmirBank"da istehlak kreditləri (o cümlədən ipoteka, avtomobil və tərəfdaşlarla kreditləşmə) üzrə minimum 9 ay müsbət kredit tarixçəsinə malik müştərilər nəzərdə tutulur. Müştərinin müsbət kredit tarixi müvafiq formula əsasında müəyyən edilir.

"Təkrar müştərilərə kredit" şərtləri müqavilə üzrə kredit öhdəliyini tam bağlamış (1 ildən çox fasilədən sonra müraciət edənlər istisna edilir), eləcə də hazırda krediti olan, lakin müqavilənin başa çatmasına maksimum 6 ay qalmış müştərilərə şamil edilir. Təkrar müştəri son ödəniş tarixindən etibarən maksimum 6 ay ərzində müraciət etdiyi halda iş yerini dəyişməyibsə iş yerindən arayış tələb olunmadan kredit verilə bilər.

"Müştəri loyallığı və cari müştərilərlə iş uğurlu fəaliyyətin mühüm amilidir. Biz təkrar müştərilərə xidmətə böyük önəm veririk. Təkrar müştərilərə güzəştlər, tətbiq edilən yeni məhsullar və kampaniyalar istehlak kreditləri sahəsində Bankın imkanlarını və fəaliyyətini daha da gücləndirir. Bu yeniliklər müştərilərimizin məmnunluğunun artırılmasına yönəlib", - deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Təkrar müştərilərə kredit şərtlərinə əsasən müştəri daha çox məbləğdə kredit ala bilər, kreditin faiz dərəcəsində isə illik 2 - 3% endirim edilir. Təkrar müştəri 24 ayadək müsbət kredit tarixinə malikdirsə 2500 manatadək zaminsiz, 24 aydan çox müsbət kredit tarixinə malikdirsə 5000 manatadək zaminsiz kredit ala bilər.

Güzəştlər "DəmirBank"ın istehlak kreditlərinə şamil edilir (avtomobil, ipoteka, təqaüd, tərəfdaşlarla kreditləşmə və kartla kredit xətti istisna). Bu proqram üzrə kreditin məbləği 300 - 5000 manat, müddəti 3 - 24 ay təşkil edə bilər.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti