...

"Muğanbank" səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 18:57 (UTC +04:00)
Noyabrın 5-dən etibarən "Muğanbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.
"Muğanbank" səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir C.Nəsibova/

Noyabrın 5-dən etibarən "Muğanbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır. Bu barədə cümə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

"Bank öz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı BFB-yə müraciət edib", - məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 50 min səhm buraxılıb.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 30 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti