...

Bakının Binə qəsəbəsinin içməli su təminatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 15:11 (UTC +04:00)
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində işlər sürətləndirilib.
Bakının Binə qəsəbəsinin içməli su təminatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində işlər sürətləndirilib. 11 km uzunluğunda magistral su xəttinin və 6 km uzunluğunda kanalizasiya kollektorunun tikintisinin cari ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti mərhələlərdə Binə qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ev üçün qoşulma veriləcək və sayğac quraşdırılacaq. Layihəyə uyğun olaraq, Binə qəsəbəsində müxtəlif diametrli borularla 320 kilometr uzunluğunda qəsəbədaxili içməli su xətti, 296 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək.

Qəsəbənin normal su təchizatını təmin etmək məqsədilə hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının tikilməsi də nəzərdə tutulur. Bu anbarlardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək. Qeyd edək ki, qəsəbəyə içməli su tikintisi davam edən Ceyranbatan-Balaxanı-Ramana-Zirə kəmərindən veriləcək.

Layihənin icrası başa çatdıqdan sonra Binə qəsəbəsinin 70 mindən artıq sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Qəsəbədə yaranan tullantı suları toplanaraq təmizlənmək üçün çirkab sutəmizləyici qurğuya ötürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti