...

Efiopiya Azərbaycanın işgüzar dairələrini investisiya layihələrində iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 15:54 (UTC +04:00)
Azərbaycanın Misir, eyni zamanda, Efiopiyada akkreditə olunmuş səfiri Şahin Abdullayev Əddis-Əbəbəyə səfər çərçivəsində Efiopiya parlamentinin spikeri Abadalla Gemada ilə görüşüb.
Efiopiya Azərbaycanın işgüzar dairələrini investisiya layihələrində iştiraka dəvət edir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Misir, eyni zamanda, Efiopiyada akkreditə olunmuş səfiri Şahin Abdullayev Əddis-Əbəbəyə səfər çərçivəsində Efiopiya parlamentinin spikeri Abadalla Gemada ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş əsnasında Abdullayev Azərbaycanın parlamentarizm tarixi və Şərqin ilk parlamentli respublikasının Azərbaycanda qurulması, 20 illik müstəqillik dövründə Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə inkişafı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır fəsadları haqqında Gemadaya məlumat verərək, iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Parlamentin spikeri Abadalla Gemada Azərbaycan və Efiopiyanın zəngin tarixə malik ölkələr olduğunu qeyd edərək, qədim vaxtlardan iki ölkə arasında əlaqələrin formalaşdığını bildirib. O, bu zəngin tarixi irs əsasında hökumətlərarası əməkdaşlığın davamı kimi, Efiopiyanın Azərbaycan ilə parlamentlərarası əlaqələri də inkişaf etdirməkdə çox maraqlı olduğunu bildirib və qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması, parlamentin sədrləri və nümayəndə heyətləri səviyyəsində səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazırlığını ifadə edib.

Abadalla Gemada artıq Azərbaycanın dünya miqyasında sərmayəçi dövlət kimi tanındığını qeyd edərək, Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət edib və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini diqqətə çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti