...

Azərbaycan gömrüyü dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozu 82 faizdən çox təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) oktyabr ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 107,012 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DGK-nın saytında dərc edilən məlumatda deyilir.

Oktyabrda gömrük rüsumlarından daxilolmalar 7,12 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 90,66 milyon manat, aksizlər üzrə 7,55 milyon manat, yol vergisi üzrə isə 1,68 milyon manat təşkil edib.

Ümumilikdə, 10 ay ərzində DGK-dan dövlət büdcəsinə ödənişlər 988 milyon manatı ötüb.

2011-ci il üçün DGK xətti ilə 1,14 milyard manat həcmində ödəniş proqnozu yerinə yetirilib. 2012-ci il üçün proqnoz 1,2 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti