...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2012 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78494 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

29 oktyabr

0,7850

5 noyabr

0,7849

30 oktyabr

0,7850

6 noyabr

0,7849

31 oktyabr

0,7849

7 noaybr

0,7849

1 noyabr

0,7849

8 noyabr

0,7850

2 noyabr

0,7849

9 noyabr

0,7850

Həftə ərzində orta

0,78494

Həftə ərzində orta

0,78494

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0003 bənd ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78392 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 5-də 0,7838 AZN/USD məzənnə ilə $ 1,731 mln.; noyabrın 6-da sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7838 səviyyəsində qalıb; noyabrın 7-də 0,7836 AZN/USD məzənnə ilə $5,968 mln.; noyabrın 8-də 0,7841 AZN/USD məzənnə ilə $3,947 mln.; noyabrın 9-da sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7841 səviyyəsində qalıb;

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

29 oktyabr

0,7841

5 noyabr

0,7838

30 oktyabr

0,7839

6 noyabr

0,7838

31 oktyabr

0,7836

7 noyabr

0,7838

1 noyabr

0,7836

8 noyabr

0,7841

2 noyabr

0,7838

9 noyabr

0,7841

Həftə ərzində orta

0,7838

Həftə ərzində orta

0,78392

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti