...

Şahin Mustafayev: Ortamüddətli perspektivdə Azərbaycan ÜDM-inin 70 faizini qeyri-neft sektoru təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 14:40 (UTC +04:00)
Ortamüddətli perspektivdə Azərbaycan ÜDM-ində qeyri-neft sektorunun payı 70 faizi üstələyəcək.
Şahin Mustafayev: Ortamüddətli perspektivdə Azərbaycan ÜDM-inin 70 faizini qeyri-neft sektoru təmin edəcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Ortamüddətli perspektivdə Azərbaycan ÜDM-ində qeyri-neft sektorunun payı 70 faizi üstələyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

"2013-cü il və növbəti üç ildə Azərbaycan iqtisadiyyatının ortaillik artımı 5,3 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əsasən qeyri-neft sektorunun artımı hesabına təmin ediləcək. 2013-cü ildə qeyri-neft ÜDM-inin artımı 11,7 faiz, növbəti 3 ildə isə orta hesabla 7 faiz səviyyəsində gözlənilir. Nəticədə ölkə ÜDM-ində qeyri-neft istehsalatının payı ortamüddətli perspektivdə 47,6 faizdən 70,6 faizə çatacaq, müvafiq olaraq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə enəcək", - Mustafayev bildirib.

Proqnozlara əsasən, 2013-2016-cı illərdə Azərbaycan əhalisinin gəlirləri orta hesabla ildə 6,6 faiz artacaq.

"2013-cü ildə 1 barel neftin qiyməti 100 dollar, növbəti üç ildə isə 80 dollar səviyyəsində nəzərdə tutulub. Gələn il 1 ABŞ dollarının məzənnəsi 0,785 manat qəbul edilib, inflyasiyanın artım tempi 5,7 faiz səviyyəsində proqnozlaşdırılır", - Mustafayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti