...

AXA MBASK zəlzələdən ziyan çəkənlərə ödəmələri yekunlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 16:31 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti bu ilin may ayında respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələlərdən ziyan çəkən müştərilərinə altı ödəmə həyata keçirib.
AXA MBASK zəlzələdən ziyan çəkənlərə ödəmələri yekunlaşdırıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

AXA MBASK sığorta şirkəti bu ilin may ayında respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələlərdən ziyan çəkən müştərilərinə altı ödəmə həyata keçirib.

Trend şirkətin saytına istinadən məlumat verir ki, ödəmələrin ümumi məbləği 80 min manatdan çox olub.

Belə ki, Mətanət Səmədovaya (Zaqatala) 42.000 manat, Könül Həmidovaya (Şəki) 13.200 manat, Rəmziyə Süleymanovaya (Şəki) 1.200 manat, Hikmət Qafarova (Şəki) 8.677 manat, Adil Süleymanova (Şəki) 9.243 manat və Nərminə Rəsulovaya (Şəki) 7.725 manat ödənilib.

Qeyd edək ki, bütün ödəmələr maksimum qısa müddət ərzində həyata keçirilib ki, bu da AXA MBASK şirkətinin zərərlərin keyfiyyətli və operativ tənzimlənməsi strategiyasının uğurla tətbiq edildiyini sübut edir.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş vermiş, nəticədə onlarla ev ciddi zədələnmişdi. İlk yeraltı təkan şəhərin 17 kilometr cənub-qərbində baş verib. Zaqatala və Qax rayonları ərazisində zəlzələnin gücü 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və başqa rayonlarda isə 2-5 bal olub. Zəlzələnin mərkəzi 11 kilometr dərinlikdə yerləşib. Sonrakı təkanların gücü isə Rixter cədvəli ilə 4,5, 4,2 və 4 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti