...

Bakıda qanunsuz reklamın qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 16:11 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.
Bakıda qanunsuz reklamın qarşısı alınıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 12 ünvanında Təzəgül Həsənovaya məxsus mağazanın ön şüşələrində yayımlanan reklam materialında sənədli şəkildə təsdiq edilmədiyi halda, "ən" terminindən istifadə olunduğu aşkar edilib və əmtəənin alınması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam materialından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Həsənova barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Təzəgül Həsənovaya 450 manat maliyyə sanksiyası tətbiq edilib.

Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol verilmiş qanun pozuntusu aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti