...

“NBC Bank” 14 fazilik gəlirliliklə yubiley depoziti buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

"NBC Bank"ın yaranmasının 20 illiyi ilə əlaqədar olaraq müştərilərə yeni "Yubiley Əmanəti" təqdim edir. "Yubiley əmanəti" üzrə depozit yerləşdirən Bankın hər bir müştərisi illik faiz dərəcəsi 14% olmaqla gəlirlərini daha da artıra bilər. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Əmanətin bir sıra üstünlükləri vardır, buraya hər ay faizlərin götürülməsi və hər ay ilkin məbləğin 50%-i həcmində pulun əlavə edilməsi, hər bir müştəriyə əmanətin məbləğinin 80%-i həcmində kredit xəttinin açılması, pulsuz plastik kart və eləcə də digər sərfəli şərtlər daxildir.

Qeyd edək ki, depozit üzrə minimum məbləğ 500 AZN/USD/AVRO təşkil edir.

"Yubiley Əmanəti" və bankın digət təklif etdiyi xidmətlərdən istifadə etmək istəyənlər NBC Bankın Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialına müraciət edə bilərlər.
Ətraflı məlumat üçün Bankın internet səhifəsinə daxil ola və ya (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti