...

www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 52 minə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 13:02 (UTC +04:00)
Bu ilin oktyabr ayında 14300-dən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edib.
www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 52 minə çatıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Bu ilin oktyabr ayında 14300-dən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edib. Bu barədə Trend-ə İİN-in mətbuat xidmətindən məlumat verilib.

İnternet istifadəçilərinin 1100-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Kanada, Belçika, Filippin, İtaliya, Özbəkistan və İsveç kimi ölkələrdəndir. Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 52 minə yaxın internet istifadəçisi yararlanıb.

İnternet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti