...

"Sea Breeze" mehmanxanasına yeni baş menecer təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 10:30 (UTC +04:00)
"Krokus" Şirkətlər Qrupuna məxsus olan "Sea Breeze" mehmanxanasında baş menecer vəzifəsinə Aytən Əliyeva təyin olunub.
"Sea Breeze" mehmanxanasına yeni baş menecer təyin olunub

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

"Krokus" Şirkətlər Qrupuna məxsus olan "Sea Breeze" mehmanxanasında baş menecer vəzifəsinə Aytən Əliyeva təyin olunub.

Qrupdan Trend-ə verilən məlumata görə, 2011-ci ildə inşa olunan, eksklüziv istirahət mərkəzi kimi fəaliyət göstərən "Sea Breeze" mehmanxanası Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə, Nardaran qəsəbəsində, Xəzər dənizinin gözəl bir guşəsində yerləşir. Mehmanxanada 32 otaq, bir dəbdəbəli salonu olan məhşur "Shore House" restoranı, açıq hovuz kənarında "CASBAR" barı, terras, 2 bağlı VIP şam otağı, 2 bar, 2 hovuz, özəl qumlu çimərlik, uşaqlar ücün oyuncaq sahəsi, təknə və qayıqlar limanı və s. başqa istirahət ocaqları var.

"Sea Breeze" mehmanxanasının məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün bu nömrələrə müraciət etmək olar: (+994 50) 515 14 44 və (+994 50) 626 24 44

Məqalədə:
Xəbər lenti

Xəbər lenti