...

"NBC Bank" yeni güzəştli kart təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

"NBC Bank" müştərilərə istehlak kreditləşməsi sahəsində xidmətləri daha da sadələşdirmək və müştərilərə sərfəli istehlak kreditləri təklif etmək məqsədilə bazara "Maxi Card" adında yeni plastik kart məhsulu təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, "Maxi Card" NBC Bank-ın güzəştli kredit kartıdır. Bu plastik kart vasitəsilə hər bir müştəri partnyor mağazalardan alınan malın məbləğini faizsiz olaraq 3, 6, 9 və ya 12 ay ərzində ödəyə biləcək.

Qeyd edək ki, kartın alınması tamamilə pulsuzdur və kartı əldə etmək üçün zamin və ya iş yerindən arayış tələb olunmur.

"Maxi Card"ı əldə etmək istəyənlər NBC Bank-ın Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialına müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: (012) 932

Məqalədə:
Xəbər lenti

Xəbər lenti