Xırdalanda mağazada 20 çeşiddə vaxtı ötmüş ərzaq malları aşkar olunub

Azərbaycan, Bakı, 22 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllədə Fəxri Qubatova məxsus mağazada 20 çeşiddə ümumi çəkisi 34,17 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri