...

Azərbaycan-İtaliya biznes forumu çərçivəsində üç memorandum imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu arasında cümə axşamı Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend-in məlumatına görə, habelə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İtaliya-Azərbaycan Ticarət İnstitutu arasında və Azərbaycanın "ASPI Holding" şirkəti ilə İtaliyanın "Usque ad Finem" şirkəti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Tədbirdə Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, İKT, mebel istehsalı, mədəniyyət, turizm, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.

Biznes forumda Azərbaycanın biznes və investisiya imkanlarına, İtaliyanın iqtisadiyyatına və investisiya imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti