Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/
2011-ci ildə Azərbaycanda "İcbari sığortalar haqqında" qanun çərçivəsində yaradılmış İcbari Sığorta Bürosu dekabrın 7-dən avtomobil nəqliyyatı vasitələrinin sahibləri üçün yeni SMS xidmətinə start verir. Bu barədə cümə axşamı Trend-ə bürodan məlumat verilib.
Xidmət sığorta şəhadətnaməsinin qeydiyyatı və onun informasiya sisteminə əlavə edilməsi zamanı sığortaçılara avtomatik SMS-lərin göndərilməsini nəzərdə tutur.
Bu ilin yazından Azərbaycanda avtomobil nəqliyyatı vasitələri sahibləri mobil rabitə vasitəsi ilə onların məsuliyyətinin icbari sığortası üzrə müqavilə haqqında bildirişi almaq imkanına malikdirlər. Xidmət çərçivəsində abunəçilər, 9707 nömrəsinə dövlət qeyd nişanını yollayıb sığorta şəhadətnaməsinin həqiqiliyi, onun qüvvədə olduğu müddət, seriyası və nömrəsi, adı və sığorta şirkətinin müqavilələri haqqında informasiya ala bilərlər.