...

"Unibank" İsmayıllı şəhərində filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

"Unibank" xidmət şəbəkəsini genişləndirməkdə davam edir. Bankın daha bir filialı İsmayıllıda açılıb. Unibank-ın 28-ci filialı olan İsmayıllı filialı rayon əhalisinə hər cür bank xidməti göstərəcək. Bankın yeni xidmət nöqtəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək.

Bankdan Trend-ə verilən məlumata görə, biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filial İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 18A ünvanında (İcra Hakimiyyətinə yaxın) yerləşir. Müasir üslubda qurulan yeni filialın bütün əməkdaşları ixtisaslaşdırılmış hazırlıq keçiblər. Filial şəbəkəsinin genişləndirilməsi Unibank-ın strategiyasının əsas istiqamətlərindən biridir. Bununla da "Unibank" dövlət səviyyəsində həyata keçirilən regionların sosial-iqtisadi inkişafına öz dəstəyini verir. Unibank-ın İsmayıllı filialı bölgə əhalisinə sərfəli və keyfiyyətli bank xidməti imkanı yaratmaqla yanaşı, verilən kreditlər hesabına bölgədə yeni-yeni uğurlu biznes layihələrinin reallaşmasına da təkan verəcək.

"Unibank" ölkə rayonlarında filial şəbəkəsinin genişləndirməyi öz fəaliyyət prioritetlərindən hesab edir. Yaxın vaxtlarda bankın daha bir neçə bölgədə yeni filialları açılacaq.

Artıq Unibank-ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyir. Məqsəd müştəriləri bütün həftə ərzində keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. "Unidirect" xidmətinin məqsədi müştərilərə banka gəlmədən xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, "Unibank" istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti