...

Azərbaycanda 2013-cü ildən çörək məmulatları üzrə standartların tətbiqinə başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 14:52 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək məhsulları üzrə yeni standart hazırlayıb.
Azərbaycanda 2013-cü ildən çörək məmulatları üzrə standartların tətbiqinə başlanacaq

Azərbaycan, Bakı, 10 dekabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək məhsulları üzrə yeni standart hazırlayıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bazar ertəsi jurnalistlərə bildirib.

"Standartın ilin sonunadək qəbul ediləcəyi gözlənilir və gələn ildən onun praktiki tətbiqinə başlanacaq", - Talıblı deyib.

Onun sözlərinə görə, çörəkxanalar üçün çörəyin bişirilməsi vaxtı çörəyin çəkisinin seçimi sərbəst, amma onun qablaşdırılması məsələsi aktual olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti