...

"NBC Bank" 20 illik yubileyini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 18:24 (UTC +04:00)
17 dekabr 1992-ci ildə təsis edilən NBC Bank 20 yaşını qeyd edir. Fəaliyyətə başladığı ilk gündən etibarən "NBCBank" Azərbaycan bank sektorunda etibarlı Bank imici formalaşdırmaqnan yanaşı, davamlı olaraq inkişaf etməkdədir.
"NBC Bank" 20 illik yubileyini qeyd edir

17 dekabr 1992-ci ildə təsis edilən NBC Bank 20 yaşını qeyd edir. Fəaliyyətə başladığı ilk gündən etibarən "NBCBank" Azərbaycan bank sektorunda etibarlı Bank imici formalaşdırmaqnan yanaşı, davamlı olaraq inkişaf etməkdədir.

Ötən dövr ərzində Bankın maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunmaqdadır. Belə ki, son bir il üzrə statistik göstəricilərə nəzər yetirsək, Bankın aktivləri 42%, kredit portfeli 38.5%, depozit portfeli isə iki dəfə artıb.

"NBC Bank" geniş çeşiddə depozit məhsulları, istehlak və biznes kreditləri, pul köçürmələri eləcə də digər bank xidmətləri göstərir. Bununla yanaşı, Bank müştəri məmnuniyyətinin artırılmasını öz prioritet istiqamətlərindən hesab edir.

Onu da qeyd etməliyik ki, 2010 - cu ildə "NBC Bank" Azeri Business Award milli mükafatına layiq görülərək ilin ən etibarlı bankı seçilmişdir.

"NBCBank" - Baş ofisnən yanaşı, Bakıda fəaliyyət göstərən Mərkəz, 1 saylı, Sahil, Səbail, Yasamal, Gənclik, Əhmədli və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Şəki və Lənkəran filiallarını özündə cəmləyən geniş filial şəbəkəsinə malikdir.

"NBC Bank"ın təklif etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumat üçün 932 nömrəsinə zəng edə və ya www.nbcbank.az internet səhifəsinə daxil ola bilərsiniz.

Bununla bərabər NBC Bank haqqında məlumatları bankı rəsmçi facebook səhifəsindən əldə edə bilərsiniz https://www.facebook.com/NBCBankASC

NBC Bank - 20 il Sizinlə!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti