...

Azərbaycan sahibkarları Almaniyada keçiriləcək beynəlxalq sərgilərə dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir C.Nəsibova/

2013-cü il yanvarın 18-27-də Almaniyanın Berlin şəhərində "Beynəlxalq Yaşıl Həftə 2013" sərgisi, fevralın 13-16-da Nürnberq şəhərində orqanik məhsullar üzrə "Biofach" sərgisi və oktyabrın 5-9-da Köln şəhərində "Anuqa" Beynəlxalq Ticarət Sərgisi keçiriləcək.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar Almaniyada keçiriləcək beynəlxalq sərgilərdə iştiraka dəvət olunur.

Sərgilərdə iştirak etmək istəyən sahibkarlar müvafiq məlumatları (müəssisənin və rəhbərinin adı, fəaliyyət sahəsi, hüquqi ünvanı, əlaqə telefonları, elektron ünvanı, sərgidə nümayiş olunacaq məhsullar, sərgilərdə iştirak edəcək nümayəndələr) İqtisadi İnkişaf Nazirliyinə təqdim edə bilərlər.

"Beynəlxalq Yaşıl Həftə 2013" sərgisi çərçivəsində sahibkarlar heyvandarlıq, balıqçılıq, landşaft dizaynı və digər sahələrdə fəaliyyət göstərən xarici şirkətlərlə əlaqə qurmaq imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti