...

Azərbaycan yeni “Airbus” markalı təyyarələr alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yazda "Airbus" markalı təyyarələr alacaq. Bu barədə cümə günü Trend-ə aviaşirkətdəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hər iki təyyarə "А-340" markalı olacaq.

"Ehtimal ki, təyyarələr ölkəyə gələn ilin aprelində gətiriləcək", - mənbə qeyd edib.

Bundan əvvəl "Azərbaycan Hava Yolları" QSC (AZAL) Braziliyanın "Embraer SA" şirkətinə 4 yeni E-190 təyyarəsi sifariş verib. Sifarişin ümumi dəyəri 180,8 milyon dollar təşkil edir. Təyyarələrin 2013-cü ilin üçüncü rübündə çatdırılması planlaşdırılır.

Məlumata görə, QSC, həmçinin "Embraer"in E-170 markalı iki istifadə edilmiş təyyarəsini lizinq you ilə əldə etməyi nəzərdə tutur. Bu təyyarələrdən biri ölkəyə 2013-cü ilin ikinci rübündə gətiriləcək. AZAL gələn ilin ortalarından etibarən Braziliya istehsalı olan bu 6 təyyarəni daxili və beynəlxalq reyslərdə istifadə edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti