Mərkəz regionda müştərilərə yüksək səviyyədə maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"nın Mingəçevir filialı müştəri sayını 4000 nəfərə çatdırdı.
2007-ci ildən fəaliyyət göstərən Mingəçevir filialı 26 nəfər işçi heyətilə Yevlax və Mingəçevirdə yaşayan, ticarət, xidmət və kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlara kreditlər verir. "FINCA Azerbaijan"nın sürətlə inkişaf edən filiallarından biri olan Mingəçevir filialı, novbəti ay ərzində kredit portfelini 4 milyon ABŞ dolları məbləğinə çatdırmaq hədəfindədir.
Mingəçevir şəhəri, M.Maqomayev pros., 14 ünvanında yerləşən filial müştərilərə həftənin 5 günü, saat 09:00-dan - 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.
14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 29 filial və 35 market ofisi vasitəsilə 135,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 milyona yaxın ABŞ dolları təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkçə ən böyük Mikro-maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.