...

AZAL bəzi aviareysləri təxirə saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2013 13:48 (UTC +04:00)
Çərşənbə axşamı və çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bir sıra aviareyslərinin enişi və uçuşu təxirə salınıb.
AZAL bəzi aviareysləri təxirə saldı

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı və çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bir sıra aviareyslərinin enişi və uçuşu təxirə salınıb.

QSC-dən Trend-ə verilən məlumata görə, reyslər sərnişinlərin azlığı səbəbindən təxirə salınıb.

Hava gəmilərinin az yüklənməsi səbəbindən Bakıya Moskvadan, Tbilisidən, Londondan, Aktaudan, eləcə də bu şəhərlərə Bakıdan uçan reyslər təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanı normal rejimdə çalıışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti