...

"Kapital Bank" təmin edilməmiş istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Yanvar 2013 16:00 (UTC +04:00)
Emissiya çərçivəsində hər birininin nominal dəyəri 1000 manat olan 60 min istiqraz qeydiyyata alınıb. Bank istiqrazlarının qapalı yerləşdirilməsini planlaşdırır.
"Kapital Bank" təmin edilməmiş istiqrazlar buraxır

Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbir İ. Xəlilova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank"ın 60 milyon manat məbləğində faizli, sənədsiz, adlı və təmin edilməmiş istiqrazların emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend QKDK-nin saytına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birininin nominal dəyəri 1000 manat olan 60 min istiqraz qeydiyyata alınıb. Bank istiqrazlarının qapalı yerləşdirilməsini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti