...

Əlverişsiz hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti və qara baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur. Bu barədə cümə axşamı Trend-ə aeroportdan deyiblər.

Bakıya gələn və paytaxtdan uçan bütün aviareyslər cədvələ uyğun həyata keçirilir.

"Hava şəraiti aviareyslərin həyata keçirilməsinə təsir etməyib. Bütün reyslər müəyyən edilmiş qrafikə uyğun həyata keçirilir", - aeroportdan bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti