...

"Azərbaycan Dəmir Yolları" Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2013 12:19 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi" prosesinə start verib.
"Azərbaycan Dəmir Yolları" Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçir

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi" prosesinə start verib. Bu barədə Trend-ə şənbə günü QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Proqram təminatının alınması məqsədilə QSC 2012-ci il dekabrın 21-də "ST Group" (Belarus), "Belsoft Borlas Group" (Belarus) və "Eurosell" MMC (Azərbaycan) şirkətlər birliyindən ibarət məsləhətçi ilə müqavilə imzalayıb.

Qapalı Səhmdar Cəmiyyətin Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi Dünya Bankının (DB) "Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi"nin əsas komponentlərindən biridir.

Dünya təcrübəsi və Dünya Bankının mütəxəssislərinin rəylərinə əsasən, bu cür proqram təminatının tətbiqi ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və şəffaflığını, əməliyyat-iqtisadi effektivliyini və potensialının gücləndirməsinə xidmət edəcək. Məhz bu səbəbdən, DB layihənin bu sub-komponentinə xüsusi diqqət yetirib və bu günədək görülmüş işlərin gedişatını yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti