...

Şahin Mustafayev: Sloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2013 14:34 (UTC +04:00)
Sloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar mövcuddur.
Şahin Mustafayev: Sloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar var (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir A.Axundov/

Sloveniya ilə Azərbaycan arasında qarşılıqlı investisiyalar üçün böyük imkanlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı bildirib.

"Azərbaycan Avropa ölkələri, o cümlədən Sloveniya ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. İndi iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və dostluq prinsiplərinə, eləcə də qarşılıqlı maraqlara əsaslanır", - Mustafayev deyib.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında on sənəd imzalanıb.

"Qarşılıqlı ticarətin genişləndirilməsi və şaxələndirilməsi üzrə işlər davam etdirilir. Azərbaycanda siyasi və iqtisadi stabillik, iqtisadiyyatın davamlı artımı, əlverişli sahibkarlıq mühiti iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır", - Mustafayev deyib.

Tədbirdə çıxış edən Sloveniyanın Baş naziri Yanez Yanşanın sözlərinə görə, hər iki ölkə böyük iqtisadi potensiala malikdir.

"Mövcud imkanlardan səmərəli istifadə və iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi Azərbaycanla Sloveniya arasında ticari-iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır", - Yanşa deyib.

Biznes forumu İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti