...

AZAL "Boeing 787 Dreamliner" təyyarələri ilə bağlı problemin yekun həllini gözləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 13:56 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC "Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı təyyarələrin gələcək taleyi ilə bağlı yekun qərarı gözləyəcək.
AZAL "Boeing 787 Dreamliner" təyyarələri ilə bağlı problemin yekun həllini gözləyəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E. İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC "Boeing" korporasiyasının istehsalı olan "787 Dreamliner" markalı təyyarələrin gələcək taleyi ilə bağlı yekun qərarı gözləyəcək. Bu barədə cümə axşamı Trend-ə QSC-dəki mənbə deyib.

QSC-dən bildirilib ki, aviaşirkət 2014-cü ildən etibarən təyyarələri almalıdır və bu dövrədək təyyarələrlə bağlı problemlər həll edilə bilər.

AZAL iki "Boeing 787 Dreamliner" təyyarəsini əldə etmək üçün sifariş verib. Hər bir təyyarənin qiyməti 90 milyon dollardır.

Qeyd edək ki, Avropa Aviasiya Təhülkəsizliyi Agentliyi ABŞ-ın Federal Aviasiya İdarəsindən sonra "Boeing 787 Dreamliner" təyyarələrinin uçuşuna qadağa qoyub. "Boeing 787 Dreamliner"in istismarı müvafiq kommissiyanın bu təyyarələrin akkumlyatorunun yanmasına dair potensial risklə bağlı problemi yoxlayana və həll edənə qədər müvəqqəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti