...

Azərbaycan və Çin hava əlaqəsi haqqında saziş layihəsini razılaşdırıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 16:33 (UTC +04:00)
Pekin şəhərində Azərbaycan və Çin mülki aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda deyilir.
Azərbaycan və Çin hava əlaqəsi haqqında saziş layihəsini razılaşdırıblar

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Pekin şəhərində Azərbaycan və Çin mülki aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda deyilir.

Dostluq şəraitində keçən danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və ölkələrimiz arasında hava əlaqəsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Çin hökumətləri arasında hava əlaqəsi haqqında sazişin layihəsini razılaşdıraraq, müvafiq ikitərəfli sənədi imzalayıblar.

Bundan əlavə, hər iki tərəfin təyin olunmuş aviaşirkətlərinə ölkələrimiz arasında müntəzəm reyslərin təşkilində yeni imkanlar verilib.

Danışıqlarda Azərbaycan tərəfdən, həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin, "Silk Way Airlines" aviaşirkətinin təmsilçiləri, eləcə də Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti