...

Türkiyə Azərbaycan ilə qarşılıqlı investisiyaların artmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbirlər E.İsmayılov, E.Mehdiyev/

Ötən il Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi 4 milyard dolları ötüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Kağan Yılmaz Avropa İttifaqı və Xəzər-Qara dəniz regionu ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı ilə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) "Xəzər-Avropa dialoqu" mövzusunda keçirilən iclasında deyib.

Ötən il Türkiyə məhsullarının Azərbaycana ixracatı 2,6 milyard dollar təşkil edib. Bu rəqəm 2011-ci ildə 2,2 milyard dollar olub.

Türkiyə İxracatçılar Şurasının məlumatına görə, ötən ilin dekabrında Türkiyə Azərbaycana ümumi dəyəri 228 milyon dollar olan məhsul ixrac edib. 2011-ci ilin dekabrında bu gösrtərici 226 milyon dollar olub.

"Qonşu ölkələr arasında qarşılıqlı investisiyaların həcmi 10 milyard dollar təşkil edib, - Yılmaz deyib. - Biz gələcəkdə bu investisiyaların artmasını gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti