...

Bakıda qanunsuz reklamın yayımı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 17:16 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 69 ünvanında fəaliyyət göstərən Serkan Ayara məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Bakıda qanunsuz reklamın yayımı dayandırılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 69 ünvanında fəaliyyət göstərən Serkan Ayara məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş hissəsində "Bütün qadın mallarına 70%-ə qədər endirim" yazılmış reklam yayımlansa da, mağazada satışda olan bəzi malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən edilib.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar, qanunsuz reklamın yayımı dayandırılıb və Dövlət Xidməti tərəfindən Serkan Ayar barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti