...

Azərbaycanda daha bir sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2013 16:37 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Laçın-1” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-L1” adlı sementlərin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementlərin qablaşdırıldığı kisələrin üzərində istehsalçının adının qeyd edilmədiyi, kisələrdə göstərilən çəkinin netto çəki olması barədə məlumatın verilmədiyi səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Azərbaycanda daha bir sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Azərbaycanda daha bir sement istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Laçın-1" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-L1" adlı sementlərin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verilməsi, həmin sementlərin qablaşdırıldığı kisələrin üzərində istehsalçının adının qeyd edilmədiyi, kisələrdə göstərilən çəkinin netto çəki olması barədə məlumatın verilmədiyi səbəbindən nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Laçın-1" firmasına 4,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti