...

NBC Bank "İlin etimad bankı" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

NBC Bank "Azeri Business Award 2012" - biznes sahəsində Milli Mükafata layiq görülərək, 2012-ci il üzrə "İlin etimad bankı" diplomu ilə təltif olunub.

Bankdan Trend-ə verilən məlumata görə, mükafat bankın İdarə Heyətinin sədri Fuad Qənbərova təqdim olunub.

"Azeri Business Award" Milli mükafatı Azərbaycanın işgüzar aləmdə aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd il ərzində nominasiyalar üzrə ən yaxşı fəaliyyət göstərən şirkətlərin adlarını açıqlamaqla milli biznesin inkişafına töhfə verməkdən ibarətdir.

Xatırladaq ki, NBC Bank 1992-ci ildə təsis edilib, ölkədə ilk və aparıcı banklardan biri hesab olunur. NBC Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Bura depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri daxildir.

NBC Bank, baş ofis ilə yanaşı, Bakı şəhərində yerləşən 7 və regionlarda 4 filial ilə əhaliyə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti