...

"Yapı Kredi İnvest"ə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2013 17:57 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Yapı Kredi İnvest” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
"Yapı Kredi İnvest"ə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Yapı Kredi İnvest" MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə Trend-ə komitənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti