...

2012-ci ildə Azərbaycan banklarının aktivləri 26 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

2012-ci il ərzində Azərbaycanın bank sisteminin aktivləri müsbət inkişaf dinamikasına malik olub. 2013-cü ilin əvvəlinə aktivlərin səviyyəsi 13 946,81 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi xəbərə görə, 2012-ci ilin əvvəlindən bankların aktivləri 26,5 faiz artıb.

Bank sektoru aktivlərinin əsasını müştərilərə verilən 9 412,4 milyon manat dəyərində kreditlər (il ərzində 15,6 faiz artım), investisiyalar (1294,5 milyon manat 2,58 faiz artımla) və müxbir hesablarındakı vəsaitlər (1375,8 milyon manat 22,73 faiz artımla) təşkil edib. Maliyyə sektoruna verilən kreditlər və depozitlər 585,4 milyon manat (5,06 faiz artımla) olub.

Bank sektorunun aktivlərinin əsasını (60,5 faiz) müştərilərə verilmiş 10681,3 milyon manat kreditlər (il ərzində artım 20,7 faiz), investisiyalar (30,8 faiz artımla 1600,9 milyon manat) və müxbir hesablarındakı vəsaitlər (8,06 faiz artımla 1444,1 milyon manat) təşkil edib. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlər 696 milyon manat (22,6 faiz artımla) olub.

Passivlər strukturunda əsas payı 2011-ci ilin analoji dövrü ilə müqayisədə 43,7 faiz artan depozitlər (7710,9 milyon manat) təşkil edir. Maliyyə sektorundan alınan kreditlər və depozitlər 18,8 faiz artaraq 5172,1 milyon manat təşkil edib.

2012-ci ildə Azərbaycan banklarının ümumi öhdəlikləri 27,56 faiz artaraq 15 088,13 milyon manat təşkil edib. Ötən ilin əvvəlində bu rəqəm 11 828,33 milyon manta olub.

Bank sektorunda kapitala olan normativ tələblərə (10 milyon manat) cavab verməyən bankların hələ də qalmasına baxmayaraq, Azərbaycan banklarının kapitalı 2012-ci ildə də artmaqda davam edib.

AMB-nin məlumatına görə, kapitalı 10 milyon manatı ötən bankların sayı 2012-ci ilin yekunları üzrə 41 ədəd təşkil edib. Bu dövrdə ölkənin bütün banklarının kapitalının ümumi həcmində həmin kateqoriyadan olan bankların xüsusi çəkisi 99,5 faiz təşkil edib.

Bir bankın (0,3 faizlik xüsusi çəki ilə) kapitalı beş milyon manatdan 10 milyon manatadək, bir bankın (0,2 faiz) isə 3,5 milyon manatdan beş milyon manatadək təşkil edib.

Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti