...

İtaliyadakı siyasi vəziyyət qızılın qiymətinin dəyişməsinə təsir göstərə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 01:14 (UTC +04:00)
İtaliyada keçirilmiş parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət qızılın qiymətinə təsir göstərir.
İtaliyadakı siyasi vəziyyət qızılın qiymətinin dəyişməsinə təsir göstərə bilər

Azərbaycan, Bakı, 27 fevral /Trend/

İtaliyada keçirilmiş parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət qızılın qiymətinə təsir göstərir. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərdə deyilir ki, Nyu-York birjasında qızılın qiyməti 1.77 faiz artıb.

Məlumatda bildirilir ki, müşahidəçilərin rəyincə, qızılın qiymətinin artması tendensiyası hələ qabaqdadır.

Borcla bağlı böhranın olması isə qızılın qiymətinin 1 ünsiyəyə görə 2000 dollara qədər arta biləcəyi ehtimalını ortaya qoyur.

Xəbər lenti

Xəbər lenti