...

Mingəçevirin inkişafı imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 16:27 (UTC +04:00)
Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, Mingəcevir şəhərinin potensialından daha səmərəli istifadə edilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.
Mingəçevirin inkişafı imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, Mingəcevir şəhərinin potensialından daha səmərəli istifadə edilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Mingəçevirdə fəaliyyət göstərən sənaye müəssisələrinin, iri istehsalçı şirkətlərin rəhbərləri iştirak ediblər. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısı tərəfindən həmin Konfransda mühüm vəzifələr müəyyənləşdirildiyini vurğulamış, bu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün ölkənin bölgələrinin, eləcə də sənaye şəhəri olan Mingəçevirin mövcud potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, tədbirin məqsədi də Mingəçevirin sosial-iqtisadi inkişaf imkanlarının araşdırılması, müzakirələrin aparılmasıdır.

Görüşdə Mingəçevir üçün prioritet hesab olunan iqtisadi sahələrin inkişafı perspektivləri, qabaqcıl texnologiyaları tətbiq etməklə mövcud müəssisələrdə istehsalın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsal edən müasir müəssisələrin yaradılmasının təşviqi, sənaye parklarının yaradılması imkanları, yeni bazarlara çıxışın təmin olunması məsələləri müzakirə edilib.

Aparılan müzakirələrin nəticəsi olaraq, Mingəçevir şəhərinin potensialından daha dolğun və səmərəli istifadə edilməsi, məşğulluğun artırılması, infrastruktur layihələrinin reallaşdırılması və s. sahələr üzrə müvafiq tədbirlər həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti