...

Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 14:53 (UTC +04:00)
Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.Xəlilova/

Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.

1 mart 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5 %-ə qədəri qızıla investisiya edilə bilər. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti