...

Niderland büdcəsinin xərclər hissəsini 4.3 milyard avro azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2013 05:00 (UTC +04:00)
Niderlandın koalision hökuməti 2014-cü ildə dövlət büdcəsinin xərclər hissəsini 4.3 milyard avro azaldacaq.
Niderland büdcəsinin xərclər hissəsini 4.3 milyard avro azaldacaq

Azərbaycan, Bakı, 2 mart /Trend/

Niderlandın koalision hökuməti 2014-cü ildə dövlət büdcəsinin xərclər hissəsini 4.3 milyard avro azaldacaq. Trend-in RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, bu qərar sabitlik və inkişaf Paktının tələblərinə əsasən, büdcənin defisitinin 3 faizə çatdırılması üçün verilib.

"Biz 4.3 milyard avro həcmində vəsaitə qənaət etməyə qərar vermişik" - deyə Niderlandın baş naziri Mark Rutte əlavə edib.
Qeyd edək ki, Niderlandın Mərkəzi Stastika Bürosu 2014-cü ilə defisit proqnozu ilə çıxış edib. Ekspertlərin fikrincə, bu, 2013-cü ildə 3.3 faiz təşkil etməli, lakin 2014-cü ildə 0.1 faiz artaraq 3.4 faizə yüksəlməlidir. 2012-ci ilin nəticələrinə görə isə büdcə defisiti 4 faiz olub.

Xəbər lenti

Xəbər lenti