Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Turanbank" ASC-nin 10 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Trend çərşənbə axşamı QKDK-nın rəsmi saytına istinadən məlumat verir.
Emissiya prospektinə hər birinin nominal dəyəri 1082 manat olan 9243 ədə səhm daxildir.
Yeni emissiyanın yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 40 milyon manata qədər artacaq.