Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov/
"Tacik Eyr" aviaşirkəti martın 7-dən etibarən Bakıya birbaşa reysləri bərpa edir. Bu barədə Trend çərşənbə günü aviaşirkətin saytına istinadən məlumat verir.
Bakıya uçuşlar hər cümə axşamı "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə Düşənbədən yerli vaxtla saat 22:30-da havaya qalxacaq.
"Uçuşun müddəti 2 saat 30 dəqiqədir. Biletin qiyməti 240 avrodan başlayır. İlk reys martın 7-nə nəzərdə tutulub", - məlumatda deyilir.