...

ARDNŞ-də QHT-lərin antikorrupsiya şəbəkəsinin iştiraki ilə müşavirə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2013 21:48 (UTC +04:00)
Martın 12-də ARDNŞ İnsan Resursları Departamentinin inzibati binasında qeyri-hökumət təşkilatlarının iştirakı ilə müşavirə keçirilib.
ARDNŞ-də QHT-lərin antikorrupsiya şəbəkəsinin iştiraki ilə müşavirə keçirilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də ARDNŞ İnsan Resursları Departamentinin inzibati binasında qeyri-hökumət təşkilatlarının iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə müxtəlif ictimai birliklərin, assosiasiyaların, fondların, şirkətlərin, konfederasiyaların, mərkəzlərin və digər qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər. ARDNŞ-nin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirmişdir ki, şirkətdə işə qəbul prosedurları təkmilləşdirilərək daha şəffaf prinsiplərə söykənmiş və obyektivlik əsas götürülüb.

İmtahanların keçirilməsi və testləşdirmə prosesi beynəlxalq təcrübə və standartlara uyğunlaşdırılıb. Qeyd olunmuşdur ki, ARDNŞ-də fəaliyyət göstərən hər bir əməkdaş öz seçimi ilə təhsilinə, biliyinə, iş təcrübəsinə, bacarıq və səriştəsinə uyğun olaraq karyera inkişafını təmin edə bilər.

Müşavirədə çıxış edən QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyеv bildirmişdir ki, peşəkar kadrların seçilməsində ədalətlilik və obyektiv prinsiplərin olması Azərbaycan dövlətinin maraqlarını və onun gələcəyini təmin edir.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Fuad Mayılov maddi sərvətlərin insan kapitalına, intellekt məhsuluna çevrilməsinin vacib bir ictimai məqsəd olmasını vurğulamışdır.

Müşavirədə "Konstitusiya" Araşdırmalar Fondu, Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondu, Effektiv Təşəbbüslər Mərkəzi, "Hüquq və İnkişaf" İB, "Dеmokratiyanı Öyrənmə" İB, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı" İB, ''Azərbaycan Hüquq İslahatları Mərkəzi'' İB, İqtisadi və Sosial İnkişaf Mərkəzi və digər QHT-lərin nümayəndələri iştirak etmişlər.

Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondunun prezidenti Sabit Bağırov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və digər müşavirə iştirakçıları belə tədbirlərin sıx-sıx keçirilməsini məqsədəuyğun hesab etdiklərini vurğulamışlar. Görüşün sonunda bu kimi işlərdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsində göstərdiyi təşəbbüsə görə ARDNŞ rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.

Xəbər lenti

Xəbər lenti