...

"British Airways" Novruz bayramı ilə əlaqədar endirim kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 15:38 (UTC +04:00)
"British Airways" aviaşirkəti Novruz bayramına qatılır və Londona, Avropaya, ABŞ və Kanadaya xüsusi tarifin tətbiq edildiyini bəyan edir. Endirim kampaniyası Beynəlxalq Novruz Günü start götürəcək.
"British Airways" Novruz bayramı ilə əlaqədar endirim kampaniyasına başlayır

Azərbaycan, Bakı, 19 mart /Trend/

"British Airways" aviaşirkəti Novruz bayramına qatılır və Londona, Avropaya, ABŞ və Kanadaya xüsusi tarifin tətbiq edildiyini bəyan edir. Endirim kampaniyası Beynəlxalq Novruz Günü start götürəcək.

Sinfindən asılı olmayaraq, endirimli biletləri martın 21-dən 24-dək əldə etmək mümkündür. Biletlər 2013-cü il iyulun 31-dək etibarlıdır və Ba.com saytında, yaxud turizm agentlikləri vasitəsilə bronlaşdırıla bilərlər.

"Bu, Azərbaycana ötənilki qayıdışımızdan sonra keçirdiyimiz ilk Novruzdur. Və qərara gəldik ki, hadisəni qeyd etməyin ən zəruri yolu azərbaycanlı sərnişinlərin üstünlük verdiyi istiqamətlərə yeni tariflər tətbiq etməkdir, - "British Airways" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis bildirib. - Eyni zamanda, Novruz bayramı dövründə bir çox insanlar xarici səfərlər və yay məzuniyyətlərini planlaşdırmağa başlayırlar. Bizim beynəlxalq marşrut şəbəkəmiz 175-dən artıq istiqaməti əhatə edir. Ümidvarıq ki, "British Airways" Azərbaycan müştərilərinin başlıca seçimi olacaq".

"British Airways" aviaşirkətinin xüsusi Novruz tarifi çərçivəsində müştərilər Azərbaycandan Böyük Britaniya və Avropaya 470* avrodan başlayaraq World Traveller sinifli aviabiletlərlə, 1422* avrodan başlayaraq isə World Club sinifli aviabiletlərlə səyahət edə bilərlər. Şimali Amerika istiqamətlərində biletlərin qiyməti, müvafiq olaraq, 770* və 2967* avro təşkil edir.

"British Airways" aviaşirkətinin Londona və digər şəhərlərə uçuş reyslərinin tam cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür. Sayt vasitəsilə müştərilər əlverişli tariflərlə bilet əldə edə, aviareyslərə qeydiyyatdan keçə bilərlər.

*Müddət və şərtlər əlavə olunur. Təklif haqqında tam məlumat Ba.com saytındadır.

"British Airways" qış təqviminə uyğun olaraq Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər təklif edir. "British Airways" marşrut şəbəkəsi 75 ölkəni, 175 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir. Şirkət dünyanın ən irimiqyaslı beynəlxalq hava yolu olaraq hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır. Aviaşirkət əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - biznes və ekonom. "British Airways" yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır. Şirkət həm göyərtədə, həm yerdə maksimal komfort yaratmaq məqsədilə iki il ərzində smart-texnologiyalarla təchiz olunmuş yeni təyyarələrə £5 milyarddan artıq sərmayə qoyub.

Əlavə məlumat və KİV sorğuları üçün "British" Airways aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət etmək olar: Eldar Hüseynzadə - [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti