...

"AtaBank" nağdsız ödənişə görə ilk uduşu təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 13:49 (UTC +04:00)
"AtaBank" ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ilk 1000 manat qazanılıb.
"AtaBank" nağdsız ödənişə görə ilk uduşu təqdim edib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"AtaBank" ASC-nin 1 mart 2013-cü il tarixindən start verdiyi "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ilk 1000 manat qazanılıb. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, kampaniyada iştirak edən müştəri Aytən Əliheydərova keçirdiyi nağdsız əməliyyat vasitəsilə 5 lotoreya bileti almış və lotoreya biletlərindən biri ona 1000 manat məbləğində uduş gətirib.

Aytən Əliheydərova bu kampinaya ilə bağlı bildirib: "AtaBank ASC-nin müştərilərin rahatlığı və məmnunluğu üçün keçirdiyi bu layihə insanlara sevinc bəxş edir. Həyata keçirdiyim nağdsız əməliyyat vasitəsilə 1000 manat uddum və bu anda sevincimin həddi yox idi. Mən bu kampaniyada iştirak edən hər kəsə uğurlar arzulayıram".

Qeyd edək ki, lotereya kampaniyası 1 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər.

Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda, "AtaBank" AC-nin pos terminallarının sayı 10 000-ə yaxındır.

Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti