...

İlkin ödənişsiz avtomobil kampaniyasına start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2013 18:55 (UTC +04:00)
“NBC Bank” misli görünməmiş yeni kampaniyaya başlayır.
İlkin ödənişsiz avtomobil kampaniyasına start verildi

Azərbaycan, Bakı, 5 aprel /Trend/

"NBC Bank" misli görünməmiş yeni kampaniyaya başlayır. Kampaniya çərçivəsində bankın depozit müştəriləri yerləşdirilən məbləğin həcmindən asılı olaraq Nissan, Renault, Ford və İnifiniti avtomobillərinin Azərbaycandakı rəsmi salonlarından istədikləri avtomobili ilkin ödəniş olmadan əldə edə biləcəklər.

Bankdan Trend-ə verilən məlumata görə, bu unikal imkan cari ilin aprel-iyun aylarında bankın yeni depozit müştəriləri ilə yanaşı, bankda hazırda depozit hesabı olan müştərilərə də şamil olunacaq.

İndi müştərilər əmanətlərini etibarlı və yüksək faiz dərəcəsi təklif edən bankda saxlamaqla həm gəlirlərini artıracaq, həm də aparıcı avtomobil istehsalçılarının yeni avtomobillərinə ilkin ödəniş etmədən sahib olmaq imkanı qazanacaqlar.

Bu kampaniyadan yararlanmaq istəyənlər bankın baş ofis və ya filiallarına müraciət edə bilərlər.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə təsis edilib, ölkədə ilk və aparıcı banklardan biridir. "NBC Bank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Bura depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri daxildir.

Daha ətraflı məlumat: (012) 932; www.nbcbank.az; http://www.facebook.com/NBCBankASC

Məqalədə:
Xəbər lenti

Xəbər lenti