...

Səlim Müslümov: Azərbaycanda əmək pensiyasının baza hissəsi 20 faizədək artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 12:54 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın bir neçə ay ərzində əmək pensiyalarının baza hissəsinin 15-20 faiz artırılması üçün zəruri maliyyə bazasını formalaşdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov deyib.
Səlim Müslümov: Azərbaycanda əmək pensiyasının baza hissəsi 20 faizədək artırılacaq

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H. Vəliyev/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın bir neçə ay ərzində əmək pensiyalarının baza hissəsinin 15-20 faiz artırılması üçün zəruri maliyyə bazasını formalaşdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov deyib.

"Yaxın vaxtlarda maliyyə resursları formalaşdırılacaq, biz bunun hesabına pensiyaların baza hissəsinin artırılmasını həyata keçirə bilərik. Bu istiqamətdə işlər dövlət başçısının pensiya müavinətlərinin artırılmasına dair tapşırıqlarına uyğun aparılır", - Müslümov bildirib.

Hazırda Azərbaycanda əmək pensiyasının baza hissəsi 85 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti