...

Beynəlxalq Bankın aktivləri təqribən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 15:20 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 19,1 faiz artaraq 2013-cü il aprelin 1-nə 6,227 mlrd. manata çatıb. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Bankın aktivləri təqribən 20 faiz artıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 19,1 faiz artaraq 2013-cü il aprelin 1-nə 6,227 mlrd. manata çatıb. Bu barədə Trend-ə bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 28,8 artaraq 2013-cü il aprelin 1-nə 4,02 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 476,1 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı il ərzində 73,8 faiz artaraq 747,66 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 38 faiz artırılaraq 331,4 mln. manata çatdırılıb.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2013-cü il aprelin 1-nə 0,20 faiz, kapitalın gəlirlilik əmsalı (ROE) isə 2,16 faiz təşkil edib. 2012-ci il aprelin 1-də bu göstəricilər, müvafiq olaraq, 0,14 faiz və 1,77 faizə bərabər olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə hüquqi və fiziki şəxslərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti