...

AİB tərəfindən Azərbaycan dəmiryollarının inkişafı üçün kreditin ayrılması təklif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 16:40 (UTC +04:00)
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat şöbəsinin direktoru xanım Xiaohonq Yanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AİB tərəfindən Azərbaycan dəmiryollarının inkişafı üçün kreditin ayrılması təklif edilib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat şöbəsinin direktoru xanım Xiaohonq Yanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə bankın baş mütəxəssisləri Reddi Batula və Narendra Sinqru daxil olublar.

Trend Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan dəmiryollarının infrastrukturunun inkişafı üçün kreditin ayrılması təklifi irəli sürülüb. Bu kredit hesabına dəmiryol nəqliyyatının yol infrastrukturunun müasir tələblərə uyğun yeniləşdirilməsi, həmçinin Səngəçal və Biləcəri stansiyalarının yenidən qurulması nəzərdə tutulub.

Tərəflər, həmçinin respublikamızın tranzit potensialının artırılması məqsədilə müasir logistika sisteminin qurulması və digər məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti